20 yanvara aid seyirler ne olar komek edin!

20 yanvara aid seyirler ne olar komek edin!
Гость
Ответ(ы) на вопрос:
Гость
Bismilləhir-Rahmənir-Rahim İyirmi yanvarda, o qanlı gündə Əsarət ipini qırdı şəhidlər. Hüseyni duruşla qalxıb ayağa Zilləti izzətlə vurdu şəhidlər. Şəhidlik - əbədi bir həyat demək, Şəhidlik - əbədi səadət demək, Şəhidlik cihaddır - ibadət demək Səf-səf ibadətə durdu şəhidlər. "...Onlar diridirlər..." - Quran ayəsi Şəhidin qanıdır hürlük mayası. Azadlıq! - məqsədi, amal, qayəsi Bu yolda canını verdi şəhidlər. Əsrlərdən bəri o qanlı bayraq Hay salır, hayqırır dalğalanaraq. Haqsızın önünü haqla alaraq Haqqın qalasını qurdu şəhidlər. Zamanın sahibi (ə.f.) gələydi ey kaş, Bizləri nökəri biləydi ey kaş, Yolunda canımız öləydi ey kaş Necə Kərbəlada öldü şəhidlər.  Zeynəb Zeynəlabdiyeva,
Не нашли ответ?
Ответить на вопрос
Похожие вопросы